Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Düyünün içindən 3 milyon çıxdı - Əməliyyat

Baxılıb: 756     Tarix: 24-04-2019 12:23   

Azərbaycan gömrükçüləri külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Belə ki, Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun nəzarət zonasına daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Toyota Camry" markalı avtomobilə baxış keçirilib.
DGK-dan Qanunvehedef.az-a verilən məlumata görə, baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində olan karton qutudakı şüşə bankaların arasına yerləşdirilən düyü çantasının içərisində gömrük nəzarətinə bəyan olunmayan 3 milyon Rusiya rublu aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar