Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Güllələnən azərbaycanlı jurnalistdir?

Baxılıb: 674     Tarix: 26-04-2019 11:22   

Moskvanın "Novıye Çeremuşki" metrostansiyası yaxınlığında silahlı atışma baş verib.
Qanunvehedef.az Rusiya mediasına istinadən xəbər verir ki, qanlı olayda 2 nəfər ölüb.
Belə ki, naməlum şəxs bir nəfəri odlu silahla qətlə yetirdikdən sonra özünə atəş açaraq intihar edib.
***
Moskvanın “Novıye Çeremuşki” metro stansiyasının yaxınlığında 2 nəfərin ölümü ilə nəticələnən atışmanın təfərrüatı məlum olub.
Rusiya İstintaq Komitəsinin yaydığı rəsmi məlumata görə, ölənlərdən biri Rəsul Abdullayev adlı şəxsdir. Əslən Gürcüstandan olan 60 yaşlı Abdullayev Rusiyada avtomobil və ehtiyat hissələrinin satışı ilə məşğul imiş.
Ölən ikinci şəxs Vaqif Hümbətovdur. Məlumata görə, onun üzərindən Hümbətov Vaqif Maqomed oğlunun adına verilmiş “Moskva Tayms” nəşrinin vəsiqəsi çıxıb. Vəsiqənin fotoları Rusiya KİV-də dərc olunub. Vəsiqədə Hümbətovun nəşrin Rusiya və MDB regional şöbəsinin rəhbəri olduğu görünür. Lakin “Moskva Tayms”da onun imzası ilə bir dənə də yazı dərc olunmayıb. Nəşrdən də bildirilib ki, onların əməkdaşlarından heç kim “Novıye Çeremuşki” stansiyası yaxınlığında baş verən atışmada iştirak etməyib. Nəşrin rəhbərliyi jurnalistlərə açıqlamasında Vaqif Hümbətovun adına verilmiş vəsiqənin saxta olduğunu və onlarda bu adda şəxsin işləmədiyini bildirib.
Atəşin Rəsul Abdullayev tərəfindən açıldığı bildirilib. Məlumata görə, Abdullayev "Naqan" tipli tapança ilə Vaqif Hümbətova atəş açdıqdan sonra özünə qəsd edib. Rusiya KİV qətlin qisas və qan düşmənçiliyi zəminində baş verdiyini yazıb.
Faktla bağlı cinayət işi açılıb.
шаблоны для dle 11.2



Ən çox oxunanlar