Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Məhkəmə tanınmış şairənin həbsdə olan oğlu ilə bağlı qərar çıxarıb

Baxılıb: 504     Tarix: 29-04-2019 13:50   

Ali Məhkəmədə özünü öldürmə həddinə çatdırmada təsirləndirilən Əbülfəs Baxşiyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Ə.Baxşiyevin kassasiya şikayəti təmin edilməyib.
2017-ci il mayın 15-də 1986-cı il təvəllüdlü Susana Şərifova Nəsimi rayonunda yaşadığı mənzilin eyvanından özünü ataraq öldürüb.
Daha sonra Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, Ə.Baxşiyev saxlanılıb.
İttiham aktına əsasən, Ə.Baxşiyev 2009-cu ildən etibarən S.Şərifova ilə vətəndaş nikahı ilə ər-arvad münasibətində birlikdə yaşayıb. O, maddi cəhətdən asılı olmuş S.Şərifovanı dəfələrlə döyüb işgəncə verib, habelə amansız rəftar etməklə və ləyaqətini mütəmadi olaraq alçaltmaqla onu özünü öldürmə həddinə çatdırıb.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Ə.Baxşiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib. Daha sonra Ə.Baxşiyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Xatırladaq ki, Ə.Baxşiyev şairə, Yazıçılar Birliyinin üzvü Simuzər Nüsrətbəylinin oğludur.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar