Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycanda ana və qızını öldürən qatilə ən ağır cəza verildi

Baxılıb: 859     Tarix: 30-04-2019 11:51   

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmə və quldurluq etmədə təqsirləndirilən Yaşar Bayramovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Qanunvehedef.az "report"a istinadən xəbər verir ki, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Y.Bayramov ömürlük azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib.
Qeyd edək ki, hadisə ötən il avqustun 29-da gecə saatlarında Cəlilabad rayonunun Qarazəncir kəndində baş verib. Kənd sakini, 1984-cü il təvəllüdlü Y.Bayramov həmkəndliləri - 1932-ci il təvəllüdlü Firuzə Əsgərova və onun qızı, 1972-ci il təvəllüdlü Sənubər Əsgərovanı qətlə yetirib. Hadisə yerindən qaçan Y.Bayramov Bakıda saxlanılıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar