Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda süpürgəçi qadının dəhşətli ölümü barədə - YENİ XƏBƏR

Baxılıb: 552     Tarix: 02-05-2019 09:36   
Keçən ilin dekabr ayının 6-da saat 7 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində idarə etdiyi "Mitsubishi" markalı maşınla süpürgəçi qadını vurub öldürən Bakı şəhər sakini Dadaşov Samir Boris oğlu barəsindəki cinayət işinin ibtidai istintaqı başa çatıb.
Qanunvehedef.az-ın News24.az-a istinadən məlumatına görə, idarə etdiyi "Mitsubishi" markalı avtomobillə Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Almagül Pilağa qızı Muradovanı vurub öldürən sürücü barəsində Cinayət Məcəlləsinin 263.2-ci, yəni, ölümlə nəticələnən yol qəzası törətmə maddəsi ilə açılan cinayət işinin materialları Nizami Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, məlum hadisə vaxtı xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Qəza Nizami rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında baş verib.шаблоны для dle 11.2