Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Lənkəranda ana ölümünün səbəbi açıqlandı - "Əməliyyatdan sonra..."

Baxılıb: 900     Tarix: 03-05-2019 13:14   

Vəfanənin meyitini ata evinə gətiriblər
Lənkəranda ana ölümü baş verib. Rayonun Osaküçə kənd sakini Vəfanə Quliyeva mayın 1-də xəstəxanaya gətirilib. Qeysəriyyə əməliyyatından sonra oğlu dünyaya gələn ana mayın 2-də vəfat edib.
Rayonun Osaküçə kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Vəfanə Quliyeva qanaxmadan dünyasını dəyişib:
"Vəfanənin ata-anası çoxdan ölüb. Qardaşları ilə yaşayırdı. 4 il olar ki, ailə qurub, başqa kəndə gəlin köçmüşdü. Ata evinə ara-sıra gələrdi. Mayın 2-də oğlu olub. Əməliyyatdan sonra vəziyyəti pisləşib, qanaxması olub. Təkrar əməliyyata alıblar. Amma əməliyyat zamanı qanaxmanı dayandıra bilməyiblər. Qadın elə oradaca ölüb. Hazırda Vəfanənin meyitini ata evinə gətiriblər, bir azdan dəfn edəcəklər".



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar