Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Təyyarə qəzasında ölənlər arasında azərbaycanlı var? - RƏSMİ AÇIQLAMA

Baxılıb: 616     Tarix: 06-05-2019 11:16   
Moskvanın Şeremetyevo hava limanında baş vermiş qəzada nəticəsində zərər çəkənlər arasında azərbaycanlıların olub-olmaması məsələsi araşdırılır.
Bu barədə Unikal.org-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib. O vurğulayıb ki, hələlik qəza nəticəsində ölənlər və yaralılar arasında azərbaycanlıların olması ilə bağlı məlumat daxil olmayıb.
Hazırda Azərbaycanın səfirliyi bu məsələ ilə bağlı Rusiyanın müvafiq qurumları və bu ölkədəki diaspora nümayəndələri ilə davamlı təmasdadır.
Qeyd edək ki, mayın 5-də Moskvadan Murmanska uçan "Aeroflot" aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" (SSJ-100) sərnişin təyyarəsi təcili geri qayıdıb və "Şeremetyevo" hava limanına qəza enişini edən zaman yanmağa başlayıb. Nəticədə təyyarədə olan 78 nəfər sərnişindən 41 nəfəri dünyasın dəyişib.шаблоны для dle 11.2