Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Aztelekom” 595 manata görə icra hakimiyyətinin qəzetini məhkəməyə verib

Baxılıb: 617     Tarix: 06-05-2019 16:15   

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Göyəzən”qəzetini məhkəməyə verib.
“Report” xəbər verir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC 595 manat məbləğində internet xidmətindən istifadəyə görə yaranmış borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə tələb irəli sürülüb.
“Aztelekoml” iddia ərizəsi onunla əsaslandırıb ki, MMC ilə “Göyəzən” qəzeti arasında internet xidmətlərinin göstərilməsi barədə müqavilə imzalayıb.
Müqavillənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşma protokoluna əsasən, cavabdeh hər ay göstərilən internet xidmətinə görə “Aztelekom” MMC-yə 85 manat ödəməli idi. Lakin qəzet müqavilənin şərtlərini pozaraq 2018-ci ilin iyun ayında başlayaraq, 2018-ci ilin dekabr ayı da daxil olmaqla 7 ay xidmət haqqını ödəməyib, nəticədə “Aztelekom” MMC-ə 595 manat borcu qalıb. Yaranmış borcun ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməyib.
“Aztelekom” MMC-nin iddiasını qismən təmin edilib. Məhkəmə “Göyəzən” qəzetindən 595 manat məbləğində internet xidmətindən istifadəyə görə yaranmış borc və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq “Aztelekom” MMC-yə ödənilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, “Göyəzən” qəzeti Qazax Rayon İcra Hakimiyyətinin rəsmi orqanıdır.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar