Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Həbsdən çıxan kişi arvadının qanını tökdü - Təfərrüat

Baxılıb: 624     Tarix: 07-05-2019 15:07   

Bakıda həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən 1968-ci il təvəllüdlü Müxalif Balayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Qanunvehedef.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindəhakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatlqarı dəqiqləşdirilib.
Növbəti proses mayın 10-da davam edəcək.
İttihama görə, hadisə bu il yanvarın əvvəlində payutaxtın Xəzər rayonu ərazisində baş verib.
Rayonun Türkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Müxalif Balayev həyat yoldaşı, 1980-ci il təvəllüdlü Cəmalə Balayeva ilə mübahisə edib.
Mübahisə nəticəsində Müxalif Balayev Cəmalə Balayevanı bıçaqlayıb.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Müxalif Balayev əvvəllər odlu silah gəzdirmə maddəsi ilə məhkumluq həyatı yaşayıb və 2013-cü ildə azadlığa çıxıb.
Saxlanılan şəxs ilkin ifadəsi zamanı həyat yoldaşını bıçaqlamasından danışıb. Onun sözlərinə görə, məhkum olub və həbsdən çıxdıqdan sonra iş tapa bilməyib.
Bu isə ailədə söz-söhbətin yaranmasına səbəb olub.
Hadisə baş verən gün isə, Müxalif içkili vəziyyətdə evə gəlib və Cəmalənin təhqirlərinə dözməyərək mətbəxt bıçağı ilə ona bir neçə zərbə endirib.
İstintaq orqanı tərəfindən Müxalif Balayevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar