Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Dələduz şirkət rəhbəri həbs edildi

Baxılıb: 841     Tarix: 08-05-2019 16:55   

Azərbaycanda vətəndaşlara qarşı dələduzluq edən şirkət rəhbəri həbs olunub.
ONA-nın məlumatına görə, Azəri AQA MMC-nin rəhbəri Qədim Ədilov biznes qurmaq adı ilə vətəndaşların 2 milyon manata yaxın pulunu mənimsəməkdə təqsirli bilinir. Zərərçəkənlər arasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi Cavad Şıxəliyev də var. Q.Ədilov C. Şıxəliyevin etibarından sui-istifadə edərək onun 50 min dollar pulunu mənimsəyib.
Çoxsaylı vətəndaşlardan daxil olan şikayət əsasında Binəqədi Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq orqanı Q.Ədilovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Binəqədi rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə mayın 3-də təqdimata baxaraq Q.Ədilov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, Q.Ədilov bundan əvvəl dələduzluq əməllərini ört-basdır etmək üçün özünü “MTN işi”ndə zərərçəkən kimi təqdim etməyə çalışsa da istintaq onu zərərçəkən kimi tanımayıb.шаблоны для dle 11.2