Prezidentin işdən çıxardığı icra başçısına 3 ildən 7 ilədək HƏBS ŞOKU - AÇIQLAMA
Baxılıb: 753 Tarix: 18-05-2018 12:47
Xəbər verdiyimiz kimi prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Xaləddin İsgəndərov tutduğu vəzifəsindən azad edilib. Xatırladaq ki, 2015-ci ilin mayın 19-da Bakı şəhərinin Binəqədi rayonun Azadlıq prospekti yerləşən 16 mərtəbəli yaşayış binasında yanğın baş vermişdi. Yanğın nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. Yanğının başlamasına ilkin versiya kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilir. Xaləddin İsgəndərovun vəzifəsindən azad edilməsində bu hadisənin də xüsusi rolu olduğu söylənilir. Əgər yanğınla bağlı yenidən araşdırılmalar başlanılarsa Xaləddin İsgəndərovun həbs edilə bilərmi?Bununla bağlı Big.az-a açıqlama verən Vəkil Elmar Süleymanov bildirib ki, qanunvericiliyə əsasən məhkəmə 3 pilləlidir: "Rayon, Apellasiya, Ali Məhkəmə. Əgər rayon məhkəməsinin qərarı ilə razı olmasa tərəf apellasiya şikayəti verir. Apellasiya məhkəməsinin qərarı ilə də tərəf razı olmasa Ali məhkəməyə şikayət verə bilər. Binqədidə baş verən yanğınla bağlı qərar Bakı Ağır İşlər Məhkəməsində çıxarılmışdı. Əgər bütün mərhələlərdən keçirilibsə aparılan araşdırmada əgər sübuta yetirlsə ki, həmin yanğın icra başçısının səhlənkarlığı ucbatından baş veribsə yenidən cinayət işi qaldırıla bilər. Ola bilsin ki, həmin vaxt təqsirləndirilən şəxs kimi həbs edilənlərə də bəraət hökmü verilə bilər. Əlbəttə bunun üçün hqüq-mühafizə orqanları araşdırma aparmalıdır. Əgər yanğın icra başçısının məsuliyyətsizliyi ucbatından baş verməsi sübuta yetirilərsə o zaman cinayət məcəlləsinin 314. 3-cü maddəsinə əsasən bu cür səhlənkarlığa yol verən şəxslər 3 ildən 7 ilə qədər azadlıqdan məhrum edilə bilər".
Ən çox oxunanlar
Son xəbərlər