Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Dəhşətli olay: gənc qız quduzluqdan ÖLDÜ - FOTO

Baxılıb: 573     Tarix: 12-05-2019 18:28   
Norveçli Birgitte Kallestad Filippində xilas etdiyi it tərəfindən quduzluğa yoluxub.
Qanunvehedef.az publika.az-a istinadən xəbər verir ki, qızın quduz olmasını həkimlər müəyyən edə bilməyib.
Ailəsinin verdiyi məlumata görə, Filippinə istirahət üçün gedən 24 yaşlı B.Kallestad yol kənarında tapdığı iti qaldıqları evə gətirib.
İti çimizdirən Kallestad onunla oynamağa başlayıb. Bu zaman əlində kiçik cızıqlar yaranıb. Lakin buna laqeyd yanaşıb. Ölkəsinə qayıdandan bir müddət sonra özünü yaxşı hiss etmədiyindən xəstəxanaya gedib.
Dəfələrlə təcili yardıma müraciət etsə də, həkimlər qadına diaqnoz qoya bilməyib. Ötən ayın sonunda xəstəxanaya yerləşdirilən qadın dünyasını dəyişib.
Ailəsi qızlarının heyvanları çox sevdiyini, onun kimi insanların başına belə bir hadisənin gəlməsindən narahat olduqlarını deyib.
Quduzluq müalicə edilən bir xəstəlik olsa da, gecikmiş müraciətlərdə beyin və sinir hüceyrələri üçün təhlükə yaradır. Xüsusən, Asiya və Afrika kimi quduzluq hallarının geniş yayıldığı ölkələrdə hər il minlərlə insan bu səbəbdən ölür.
Norveçdə quduzluq peyvəndi məcburi deyil. Lakin Xalq Sağlamlığı İnstitutu Filippin də daxil olmaqla quduzluq təhlükəsi olan ölkələrə getmədən bu peyvəndi etdirməyi məsləhət görür.
Bu ölkədə 200 ildən çoxdur ki, quduzluğa görə ölüm qeydə alınmayıb. Ümumdünya Səhiyyə Təşkilatı quduzluğun ən çox Filippində yayıldığını açıqlayıb. 
шаблоны для dle 11.2



Ən çox oxunanlar