Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb, 32 nəfər ölüb

Baxılıb: 675     Tarix: 20-05-2019 10:43   

Tacikistanda, paytaxt Düşənbənin cənub şərqində yerlən Vaxdat şəhərində məhkumlar qiyam qaldırıblar.
ONA-nın məlumatına görə, bu barədə Tacikistanın ədliyyə nazirinin müavini Mansurcon Umarov açıqlama verib. O bildirib ki, hadisə nəticəsində 29 məhbus və 3 həbsxana nəzarətçisi ölüb. Məlumata görə, qarşıdurma axşam saatlarına İŞİD-ə üzvlükdə ittiham olunan məhbuslar arasında başlayıb. Bıçaqla və digər kəsici alətlərlə silahlanmış 30 məhbus 3 həbsxana nəzarətçisini girov götürərək azadlığa buraxılmalarını tələb edib və nəzarətçiləri öldürüblər.Lakin danışıqlar zamanı məhbuslar arasında dava başlayıb və bu, silahlı qarşıdurmaya çevrilib. Bildirilir ki, nəticədə rəhbərlik vəziyyətin stabilləşməsi üçün qətiyyətli tədbirlər görüb.шаблоны для dle 11.2