Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İnterpolun axtardığı avtobus sürücüsü HAKİM QARŞISINDA

Baxılıb: 537     Tarix: 21-05-2019 11:28   

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən 1982-ci il təvəllüdlü Telman Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxışı mayın 29-na təyin edilib.
İttihama görə, 2015-ci ildə paytaxtın Bilgəh qəsəbəsində Telman Allahverdiyevin idarə etdiyi "Daewoo" markalı, 172 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə 1978-ci il təvəllüdlü Ramiz İsmayılovun idarə etdiyi "VAZ 21011" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində sürücü Ramiz İsmayılov hadisə yerində ölüb.
Hadisədən sonra Telman Allahverdiyev ölkədən qaçdığı üçün barəsində interpol vasitəsi ilə axtarış elan olunub. (teleqraf)
Ötən il Telman Allahverdiyev Azərbaycan hüdudlarından kənarda saxlanılıb və ölkəmizə gətirilməsi təmin olunub.шаблоны для dle 11.2