Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Şabranda 22 yaşlı gənc qız üstündə bıçağa əl atdı - TƏFƏRRÜAT

Baxılıb: 438     Tarix: 21-05-2019 13:18   

Şabran rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Fərid Musayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmə hazırlıq iclası may ayının 30-na təyin olunub.
Qeyd edək ki, bu ilin yanvarın 30-da rayon ərazisindəki Ticarət Mərkəzinin qarşısında 32 yaşlı Elçin Şükürov sol bazu sümüyü və qarın boşluğuna keçən, sol böyrəyin zədələnməsi, kəsilmiş-deşilmiş yarası ilə Şabran rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Daxil olan məlumat əsasında aparılan araşdırma zamanı müəyyən edilib ki, yanvarın 30-da axşam saat 17 radələrində rayon sakini, 22 yaşlı Fərid Musayev ticarət mərkəzinin qarşısında qısqanclıq zəminində aralarında yaranan mübahisə nəticəsində Elçin Şükürovu öldürmək məqsədilə bıçaqlayaraq xəsarətlər yetirib. Məlum olub ki, gənc oğlan 33 yaşlı kişini qız üstündə bıçaqlayıb.
Qeyd edək ki, 22 yaşlı Fərid Musayevə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham elan edilib.шаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar