Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arvadı ilə barışmaq üçün 2 milyon avrodan keçdi

Baxılıb: 717     Tarix: 22-05-2019 10:58   

Son mövsümü Qətərin "Əl-Qarafa" klubunda keçirən Uesli Sneyder aktrisa və aparıcı həyat yoldaşı Yolante Kabau ilə barışmaq üçün bütün vasitələrdən istifadə edir.
Qanunvehedef.az fanat.az-a istinadən xəbər verir ki, holland futbolçu Analar günündə xanımının başçılıq etdiyi "Free A Girl" dərnəyinə 2 milyon avro (təxminən 3,8 milyon manat) bağışlayıb. Hollandiya mətbuatının məlumatına görə,
Sneyder bu yolla həyat yoldaşının könlünü almaq istəyir.Sneyderlə Kabaunun münasibətləri mart ayında pisləşib. İddialara görə, futbolçu həyat yoldaşına xəyanət edib və daha sonra onu vurub. Holland yarımmüdafiəçi bununla bağlı açıqlamasında "Evliliyi mən batırdım. Birdən çox səhv etdim, çox peşmanam" demişi. Həyat yoldaşı isə indiyədək heç bir açıqlama verməyib. Kabaunun boşanma sənədlərini imzalamadığı və gözləmə mövqeyi tutduğu deyiir. Boşanma gerçəkləşəcəyi halda Sneyder xanımına 19 milyon avro (17 milyon manat) təzminat ödəyəcək.
Qeyd edək ki, Kabaunun qurucusu olduğu "Free A Girl" fondu dünyada minlərlə qızı əxlaqsızlığa cəlb edən qruplaşmalardan qoruyur.шаблоны для dle 11.2