Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Rusiyada azərbaycanlı faciəvi şəkildə həlak olub

Baxılıb: 713     Tarix: 19-05-2018 09:39   

Rusiyanın Leninqrad vilayətinin Volxov rayonunda bədbəxt hadisə nəticəsində gənc Azərbaycan vətəndaşı həlak olub.
Qanunvehedef.az  xəbər verir ki, bu barədə “47news.ru” məlumat yayıb.
Məlumata əsasən, insident mayın 14-də 08.00 radələrində Vağzal küçəsində yerləşən şampan zavodunda baş verib.
Yükqaldıran maşını idarəedən azərbaycanlı paleti götürdükdən sonra anbarın çıxışında olan yoxuşu texnikanı arxaya idarə etməklə düşməyə çalışıb.
Yükqaldıran maşın ağırlıq qüvvəsinin təsiri altında aşıb və sürücü vaxtında ondan düşə bilmədiyi üçün başı ağır texnikanın altında qalıb.
Təcili tibbi yardım dəstəsi hadisə yerinə gələnə qədər işçi keçinib.
Həlak olan azərbaycanlının bir neçə həftə əvvəl 24 yaşını qeyd etdiyi bildirilir.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar