Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Jurnalisti Ağdamda həbs etdilər – Açıqlama

Baxılıb: 880     Tarix: 27-05-2019 15:57   

Yeniçağ.az saytının əməkdaşı, jurnalist Səxavət Məmməd 10 sutkalıq həbs edilib.
Bu barədə BakuPost-a saytın baş redaktoru Aqil Ələsgər məlumat verib. O bildirib ki, Səxavət Məmməd Ağdam rayon məhkəməsinin qərarı əsasında 10 sutkalıq həbs edilib.
Jurnalistin həbsinə səbəb onun 3 min manat məbləğində aliment borcu olmasıdır. O borcu ödəyəcəyini bildirsə də, məhkəmə onun barəsində inzibati həbs qərarı çıxarıb.
A.Ələsgərin fikrincə bu qərarjurnalistin yazıları ilə bağlıdır: “O, aliment verməkdən boyun qaçırmayıb. Sadəcə övladını ondan gizlətdikləri üçün gecikmə olub. Hesab edirik ki, bu məhkəmə kiminsə sifarişidir və sırf onun jurnalist fəaliyyəti ilə bağlıdır”.
Xatırladaq ki, Səxavət Məmməd “Nəcməddin Sadıkov pensiyaya göndərilir? – General üçün qərar anı” başlıqlı yazı hazırlamışdı.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar