Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Narkotik becərən şəxs polisə bıçaq çıxardı - Əməliyyat

Baxılıb: 714     Tarix: 31-05-2019 11:49   

Yevlax Rayon Polis Şöbəsinə Bəydili kəndi ərazisində kultivasiya yolu ilə çətənə kollarının yetişdirilməsi barədə əməliyyat məlumatı daxil olub.
DİN-dən Qanunvehedef.az-a verilən məlumata görə, mayın 30-da həmin ərazi polis əməkdaşları tərəfindən müşahidəyə götürülüb.
Həmin gün gecə saat 1 radələrində çətənə kollarına qulluq göstərmək üçün qeyd edilən əraziyə gələn Əcəmi kənd sakini Cəmil Qurbanov saxlanılarkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib.
Lakin polis əməkdaşlarının adekvat tədbirləri nəticəsində o, zərərsizləşdirilərək tutulub.
Polis əməkdaşları tərəfindən həmin ərazidən C.Qurbanov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 92 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Araşdırma aparılır.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar