Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bakıda lüks avtomobillə dəhşətli qəza törədən şəxsin işindən YENİ XƏBƏR

Baxılıb: 507     Tarix: 07-06-2019 12:00   

2 ay əvvəl Bakıda ağır yol qəzası törədərək hadisə yerindən qaçan sürücü barəsində açılan cinayət işi məhkəməyə göndərilib.
Qanunvehedef.az-ın News24.az-a istinadən məlumatına görə, Xətai rayonunda idarə etdiyi "Audi A8" markalı avtomobillə piyadanı vurub öldürən Babayev Aqil Zalış oğlunun işi Xətai Rayon Məhkəməsinə göndərilib. Hadisə zamanı ölən 26 yaşlı kişinin ailəsi ondan şikayətçi olmayıb və dəymiş ziyanın ödənildiyini bildiriblər. İşə Xətai Rayon məhkəməsində hakim Nazim Tağıyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, aprelin 23-də paytaxtın Xətai rayonu, Neapol küçəsində 1972-ci il təvəllüdlü Babayev Aqil Zalış oğlunun idarə etdiyi "Audi A8" markalı, 10-SR-111 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1983-cü il təvəllüdlü Ağayev Şamo Firudin oğlunu vuraraq aldığı xəsarətlərdən sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində A.Babayev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar