Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Neftçi”nin baş məşqçisi xərçəng xəstəliyinə qalib gəlib

Baxılıb: 583     Tarix: 10-06-2019 10:40   

“Neftçi” futbol komandasının baş məşqçisi Roberto Bordin xərçəng xəstəliyinə qalib gəlib.
“Report”un məlumatına görə, bu barədə “Sportevai” nəşrində italiyalı mütəxəssis barədə dərc olunmuş yazıda bildirilir. Qeyd olunur ki, 1996-1997 mövsümündə “Napoli”də çıxış etdiyi vaxt Bordinin qalxanabənzər vəzisində şiş aşkarlanıb. Bu səbəbdən, 54 yaşlı mütəxəssis karyerasına fasilə verməli olub.
Xoşbəxtlikdən, həmin şiş xoşxassəli olub və Bordin əməliyyat nəticəsində xərçəngə qalib gəlib. Artıq 3 ay sonra – 1996-cı ilin noyabrında meydana qayıdan Bordin komandası ilə İtaliya Kubokunun finalçısı olub.
Yazıda o da vurğulanır ki, italiyalı sabiq futbolçu 1993-cü ildə “Napoli”yə həmin vaxt komandanın baş məşqçisi olmuş Marçello Lippinin istəyi ilə transfer olunub. Daha sonra o, komandanın kapitanlığına qədər yüksəlib.
Hazırda isə Bordinin iki oğlunun İtaliyada yaşadığı, özünün isə rusiyalı yeni həyat yoldaşı və balaca qızı ilə birgə Bakıda qaldığı vurğulanır.
Qeyd edək ki, Roberto Bordin “Neftçi”yə 2018-ci il iyunun 8-də baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında flaqman ötən mövsümü gümüş medalla başa vurub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar