Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanda kişi keçmiş arvadını alimentə görə oldürmək istədi

Baxılıb: 558     Tarix: 17-06-2019 11:26   

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını öldürməyə cəhddə təqsirli bilinən Piriyev Mehdi Sədaqət oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Qanunvehedef.az "Ölkə.Az"a istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi iyun ayının 19-na təyin olunub.
Xatırladaq ki, hadisə Abşeron rayonunda baş verib. Mehdi Piriyev boşandığı həyat yoldaşı, 1981-ci il təvəllüdlü Məmmədova Ülviyyə Elxan qızının yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisə zamanı Mehdi Piriyev keçmiş həyat yoldaşı Ülviyyə Məmmədovanı bir neçə yerdən bıçaqlayıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisəni törədən Mehdi Piriyev könüllü olaraq polisə təslim olub.
Zərərçəkmişin anası Gülizar Məmmədova ifadəsində deyib ki, qızı boşandıqdan sonra uzun müddət aliment ala bilməyib və problemlər də bundan başlayıb.
Təqsirləndirilən Mehdi Piriyevin böyük qardaşı Rövşən Piriyev də ifadəsində hadisənin aliment borcuna görə baş verdiyini bildirib.
Qeyd edək ki, boşanan cütlüyün iki övladı var.
M.Piriyevə qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar