Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Hacıqabulda "Əmi" ləqəbli narkotacir saxlanıldı

Baxılıb: 544     Tarix: 20-06-2019 17:05   

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.
Bu haqda DİN mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumatda bildirilib.Daxil olmuş məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini əvvəllər məhkum olunmuş Rafiq Bədəlov saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 1,657 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirinin davamı olaraq ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar