Xəbər lenti
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bakıda azyaşlı qızları sosial şəbəkədə aldadıb fahişəliyə cəlb edən şəxsdən YENİ XƏBƏR

Baxılıb: 545     Tarix: 25-06-2019 12:12   

Bakıda azyaşlı qızları fahişəliyə cəlb etməkdə təqsirli bilinən Cəlal Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Qanunvehedef.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası iyul ayının 4-nə təyin olunub.
İttihama görə, Cəlal Mehdiyev sosial şəbəkədə azyaşlı qızları aldadıb. O, qızlara hədə-qorxu gəlib, onları fahişəliyə cəlb edib.
Şikayət əsasında Cəlal Mehdiyev Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
İstintaq orqanı tərəfindən Cəlal Mehdiyevə Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 171.1-ci (yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan edilib.
Qeyd edək ki, cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.шаблоны для dle 11.2