800 min dələduzluq edən polkovnik MƏHKƏMƏDƏ
Baxılıb: 696 Tarix: 21-05-2018 12:20
800 min manatlıq dələduzluq edən sabiq polkovnik Sahib Şükürovun cinayət işi üzrə məhkəmə başlayıb.
Qanunvehedef.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Anket məlumatları zamanı məlum olub ki, o, 1958-ci ildə Sabirabad rayonunda anadan olub, Bakı şəhərində qeydiyyatdadır.
S.Şükürov sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir, daha əvvəl də dələduzluqda təqsirli bilinib, bir neçə illik azadlıqdan məhrum edilib.
Məhkəmə baxışı mayın 23-ə təyin edilib.
Qeyd edək ki, S.Şükürov ümumilikdə 800 min manata yaxın dələduzluq etməkdə təqsirli bilinir.
Sabiq polkovnik İlqar Əliyevi işə düzəltmək adı ilə, Xanımbacı İsmayılovanın qızının cinayət işinə xitam verdirəcəyi vədi verərək, onların pulunu dələduzluq yolu ilə ələ keçirib.
S.Şükürov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Ən çox oxunanlar
Son xəbərlər