Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ali Məhkəmə Şahin Sultanovun şikayətini təmin etməyib

Baxılıb: 643     Tarix: 01-07-2019 14:52   

Ali Məhkəmədə Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin kassasiya şikayətinə baxılıb.
“Report”un xəbərinə görə, hakim Fərhad Əliyevin sədrlik etdiyi kollegiyanın qərarı ilə şikayətlər təmin edilməyib.
Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Ş.Sultanov həbs edilib.
Onlar Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.
Məhkəmənin hökmü ilə Ş.Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib. Bundan başqa, Kazım Əsgərova Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Qalib Hacıyevə 2 il sınaq müddəti təyin etməklə 5 il şərti cəza verilib.
Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırovun barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq onlara şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Digər təqsirləndirilən şəxslərə də şərti cəza verilib.
Yuxarı instansiyalara müraciət edən məhkumlar bəraət hökmünün çıxarılmasını istəyiblər.шаблоны для dle 11.2