Qulinin 6 böyük düşməni - Siyahıda kimlər var?
Baxılıb: 689 Tarix: 02-07-2019 10:08
Hazırda azərbaycanlı qanuni oğru Lotu Qulinin 6 böyük düşməni var. Onların hamısı Quli üçün təhlükəlidir. Elə Quli də onları aradan götürmək üçün çalışır.
Lent.az-ın məlumatına görə, bu barədə Ukrayna mətbuatı yazıb.
Ukraynalı həmkarlarımızın fikrincə, Qulinin düşmənlərindən biri Emin Əhmədovdur.
Emin Əhmədov 1981-ci ildə anadan olub. Onun da yolu digərləri kimi "oğru şəhəri" sayılan Moskvadan keçib. 2007-ci ildə Emin Hacıqabulinski Rusiyada pul daşıyan maşını apardığı üçün həbs edilib. Moskva məhkəməsi onu 13 il müddətinə həbs edib.
“Zayka” ləqəbli Zaur Əliyev də bu sıradadır. Vaxtı ilə Moskva bazarlarına nəzarət edən Zayka 2014-cü ildə 18 il müddətinə həbs edilib. Sonradan həbsxanada Qulinin adamları tərəfindən sındırılıb. O, Qulidən intiqam almaq üçün alışıb-yanır.
Tolyattidən olan biznesmen Kamal Quliyev də Qulinin düşmənləri sırasındadır. 2015-ci ildə Qulinin adamları onu oğurlayaraq ailəsindən 30 milyon rubl pul tələb etmişdilər. Amma Kamal qaçaraq xilas ola bilmişdi.
Hikmət Salayev də Lotu Qulinin adamları tərəfindən oğurlanmışdı. Nəticədə külli miqdarda pul və üç maşınını Lotu Qulinin adamlarına verdikdən sonra canını qurtarmışdı.
“Albert Rıjı” kimi tanınan Əli Heydərovu isə Lotu Quli oğru adından məhrum edib.
Albert Şakro Molodoyun (Zaxari Kalaşov) klanına yaxınlaşaraq adını bərpa etmək istəyir.
Şakro Molodoy isə çoxdandır Quli ilə düşmənçilik edir. Çünki keçmiş post-sovet məkanının bir nömrəli qanuni oğrusu sayılan Zaxari Kalaşov hazırda uzun müddətə həbsxanadadır. Onun yerini Qulinin tutmaq arzusu heç kimə sirr deyil.
Ən çox oxunanlar
Son xəbərlər