Xəbər lenti
04/11/2025 [13:30]
Sabah leysan yağacaq
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SOCAR terminalında gəmi partladı: ölən var - Foto

Baxılıb: 596     Tarix: 02-07-2019 11:16   

Türkiyənin İzmir şəhərində yanan gəmi SOCAR şirkətinə məxsus deyil. Partlayışın baş verdiyi gəmi, sadəcə, limanda SOCAR terminalına yan alıb.
Bu sözləri Qanunvehedef.az-a SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Əhmədov Türkiyənin İzmir şəhərində yanan gəmi ilə bağlı danışarkən deyib.
İ.Əhmədov bildirib ki, partlayış limanın ərazisində deyil, gəminin daxilində olub:
“Partlayışın səbəbi araşdırılır. Yanan gəminin SOCAR-a aid olması ilə bağlı yayılan məlumat yanlışdır”.
Qeyd edək ki, Türkiyənin İzmir şəhərində, Petkim limanının sahilində gəmi partlayıb. Ardınca isə yanğın çıxıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb. Bölgənin bələdiyyə sədri Ərhan Günay mediaya açıqlamasında bildirib ki, yaralılar italyalı, ölən şəxs isə rumıniyalıdır.шаблоны для dle 11.2