Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Türkiyədə fahişəlik edən azərbaycanlı qadın deportasiya edildi - ŞOK SƏBƏB

Baxılıb: 756     Tarix: 02-07-2019 15:01   

Türkiyənin Karaman şəhərində fahişəliklə mübarizə çərçivəsində keçirilən əməliyyat zamanı saxlanılan azərbaycanlı qadında QİÇS xəstəliyi aşkarlanıb.
Qanunvehedef.az bildirir ki, Türkiyə mediasının yaydığı məlumata görə, Azərbaycan vətəndaşı 35 yaşlı Natəvan M. saxlanıldıqdan sonra deportasiya edilib. 
Qeyd edək ki, Karaman Polis İdarəsi Asayiş Şöbəsi İdarəsinə bağlı Əxlaq Büro Rəisliyi komandası Mehmet D. (50 yaş), Həsən Hüseyn D. (53 yaş) ilə Erdal Y-nin (46 yaş) əcnəbi qadınları məmləkətlərinə gətirdiyi və avtomobildə fahişəliyə cəlb etdirdiyi məlumatını alıb. Daha sonra hərəkətə keçən polis onları yaxalayıb.
Hadisə nəticəsində saxlanılan Havva C. və Natəvan M. adlı qadınların ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Azərbaycanlı qadın Natəvan M. isə deportasiya edilib. Məhkəməyə göndərilən digər şəxslər isə sərbəst buraxılsa da, onlar barədə istintaq prosesi başladılıb.

 шаблоны для dle 11.2