Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

MTN-in daha bir generalının işi - MƏHKƏMƏDƏ

Baxılıb: 768     Tarix: 03-07-2019 12:20   

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Əks-kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Ədalət Hüseyn oğlu Əsədullayevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
İş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi məhkəmənin sədri Həbib Həsənovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyulun 15-ə təyin edilib.
Ədalət Əsədullayevə Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib.
Ədalət Əsədullayev Milli Təhlükəsizlik Nazirliyi ləğv olunandan sonra sərəncama götürülüb. Bundan əvvəl adı "MTN işin"də şahid qismində keçib. (teleqraf.com)



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar