Xəbər lenti
04/11/2025 [13:30]
Sabah leysan yağacaq
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Məktəbli qızları sosial şəbəkədə fahişəliyə cəlb edən şəxsin — MƏHKƏMƏSİ

Baxılıb: 710     Tarix: 05-07-2019 11:32   

Bakıda məktəbli qızları fahişəliyə cəlb etməkdə təqsirli bilinən Mehdiyev Cəlal Əli oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Qanunvehedef.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası iyul ayının 18-nə təyin olunub.
Qeyd edək ki, sosial şəbəkədə azyaşlı qızları aldadaraq, hədə-qorxu gələrək fahişəliyə cəlb edən Bakı sakini Mehdiyev Cəlal Əli oğlu İnsan Alverinə qarşı Baş Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun instagramda məktəbli qızları tora saldığı üzə çıxıb.
Nərimanov Rayon Polis İdarəsində Mehdiyev Cəlal Əli oğlu barəsində Cinayət Məcəlləsinin 243.1-ci, yəni, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə maddəsi ilə açılan işin materialları rayon məhkəməsinə göndərilib.
İstintaq zamanı məlum olub ki, Cəlal Meydiyev qızları sosial şəbəkə vasitəsi ilə ələ alaraq onları fahişəliyə cəlb edib. Iş üzrə 5 qız zərərçəkmiş şəxs qismində tanınıb.шаблоны для dle 11.2