Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakıda kişi arvadını və qayınanasını öldürdü

Baxılıb: 752     Tarix: 22-05-2018 10:27   

Gecə saatlarında paytaxtın Xətai rayonu, Naximov küçəsində qətl hadisə qeydə alınıb.
Qanunvehedef.az-ın APA TV-yə istinadən məlumatına görə, kürəkən öz həyat yoldaşını və qayınanasını öldürüb.
Ailə-məişət zəminində törədilmiş hadisə zamanı 1987-ci il təvəllüdlü Günay İsgəndərova və onun anası, 1954-ci il təvəllüdlü Mahirə İsgəndərova çoxsaylı bıçaq xəsarətləri alıb.
Məlumata əsasən, G.İsgəndərova ailədaxili münaqişə səbəbindən bir müddət imiş ki, atası evində yaşayırmış. Onun əri bu gecə həmin evə gəlib və yenidən münaqişə yaranıb.
G.İsgəndərovanın əri onu və münaqişəyə müdaxilə edən anası M.İsgəndərovanı bıçaqlayıb. Çoxsaylı bıçaq zərbələrindən sonra qan itirən ana və qızı dünyasını dəyişib. Onların meyiti digər ailə üzvləri tərəfindən aşkarlanıb.
Hadisəni törədən şəxs gizlənib. Hazırda polis onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi başlanılıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar