Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Rüfət və Rəşadla bağlı yekun qərar verildi

Baxılıb: 640     Tarix: 15-07-2019 10:23   

Bakı Apellyasiya Məhkəməsində "Speys" televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə başa çatıb.
Kult.az xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən, şikayət təmin olunmayıb, Yasamal Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, bu il aprelin 5-də Speys TV-nin “Hər səhər” verilişində müğənni R.Axundovla R.İlyasov qonaq olub. Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, R.Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ tərəfindən televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub. Yasamal Rayon Məhkəməsi isə “Speys” televiziyasını 6 min manat məbləğində cərimələyib.
Daha sonra vətəndaş Rahim Sadıqlı Yasamal Rayon Məhkəməsinə müraciət edərək hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanmasını tələb edir.шаблоны для dle 11.2



Ən çox oxunanlar