Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bir avtoritet türk ölkəsini çalxalayır: yeni həbs

Baxılıb: 632     Tarix: 15-07-2019 10:47   

Qırğızıstan Daxili İşlər Nazirliyi kriminal avtoritet Əziz Batukayevin həbsdən qanunsuz azad edilməsiylə əlaqədar Müdafiə Şurasının keçmiş katibi Busurmankula Tabaldiyevi axtarışa verib.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı “İnterfaks” agentliyi yayıb. Məlumata görə, Tabaldiyev DİN tərəfindən korrupsiyada ittiham olunub.
Qeyd edək ki, Batukayevlə bağlı cinayət işi Qırğızıstanda hakimiyyət dəyişikliyindən dərhal sonra aktivləşdirilib. Kriminal avtoritetin qanunsuz həbsdən azad edilməsiylə bağlı artıq Baş nazirin keçmiş müavini Şamil Ataxanov, keçmiş baş prokuror Aidə Salyanova, keçmiş səhiyyə naziri Dinarə Saqınbayevə həbs edilib. Ataxanov və Saqınbayevin həbsi sonradan ev dustaqlığı ilə əvəzlənib.
Cinayət işinə eks-prezident Almazbek Atambayevin də adı qarışıb. Dindirilmə üçün Atambayevə iki dəfə sorğu göndərilsə də, o, Baş Prokurorluğa gəlməyib. Eks-prezident sonradan açıqlama yayaraq həbs ediləcəyi təqdirdə özünü öldürəcəyini bildirib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}