Xəbər lenti
04/11/2025 [13:30]
Sabah leysan yağacaq
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Bakıda kriminal avtoritetin məhkəməsi BAŞLAYIR

Baxılıb: 679     Tarix: 16-07-2019 11:44   

Bakıda qanunsuz olaraq narkotik vasitələri saxlamada təqsirləndirilən Rafael Hüseynovun cinaytət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinıə göndərilib.
Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, Sabunçu rayon Maştağa qəsəbə sakini, 1975-ci il təvəllüdlü Rafael Hüseynov bu il aprelində Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Polis əməkdaşları onun evində 5 kiloqramdan çox marixuana aşkarlayıb.
Rafael Hüseynovun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Rafael Hüseynov daha əvvəl qəsdən adam öldürmə maddəsi ilə Rusiyada cəza çəkib.
O, kriminal avtoritet kimi tanınır. (teleqraf)шаблоны для dle 11.2