Xəbər lenti
04/11/2025 [13:30]
Sabah leysan yağacaq
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Sumqayıtda polis leytenantı özünü güllələdi

Baxılıb: 701     Tarix: 19-07-2019 11:11   
Sumqayıt şəhərində polis əməkdaşının güllələnmiş halda meyitinin tapılması hadisəsi ilə bağı cinayət işi açılıb.
Qanunvehedef.az Publika.az-a istinadla xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin 1995-ci il təvəllüdlü cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Rəhman Hüseynlinin xidməti otağında ölmüş vəziyyətdə aşkar olunması hadisəsi ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə ötən gün baş verib və 19:40 radələrində Rəhman Hüseynlinin meyiti xidməti otağında aşkarlanıb.
Polis zabitinin ehtiyatsızlıqdan özünə atəş açdığı ehtimal edilsə də, intiharı da istisna edilmir.шаблоны для dle 11.2