Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycanda AĞLASIĞMAZ CİNAYƏT: Bibisini qəbristanlıqda döyüb ÖLDÜRDÜ - TƏFƏRRÜAT

Baxılıb: 511     Tarix: 19-07-2019 13:45   

Qubada bibisini öldürməkdə təqsirləndirilən Mişi Migirov barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elman Əhmədovun sədrliyi ilə baxılır.
Hadisə ötən il Qubada baş verib. İttihama görə, Slaboda qəsəbəsinin sakini M.Migirov qohumlarının məzarlarını ziyarət etmək adı ilə bibisi Şuşan Sumxayevanı qəbiristanlığa apararaq onu döyüb. 87 yaşlı Ş.Sumxayeva hadisədən bir gün sonra xəstəxanada dünyasını dəyişib.
M.Migirov qəsdən adam öldümə maddəsi ilə ittiham edilib. O, ittihamları qəbul etməyib və ondan qisas alındığını deyib.
Məlum olub ki, M.Migirov 2006-cı ildə Rusiyanın Ulyanovsk şəhərində qəsdən adam öldürdüyünə görə 9 il 6 ay cəza alıb. Cəzasını çəkib qurtarandan sonra Azərbaycana deportasiya edilib. Doğulduğu qəsəbəyə qayıdan M.Migirov spirtli içki aludəçisi olduğundan, sərxoş vəziyyətdə bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunub.
Qeyd edək ki, Mişi Migirov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilib. (olke)шаблоны для dle 11.2