Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bərdə bazarında 12 mağaza yanıb – VİDEO

Baxılıb: 671     Tarix: 22-07-2019 11:01   

Gecə saat 03:00 radələrində Bərdə rayonunda “Köhnə bazar” adlanan ərazidə güclü yanğın olub.
“Report”un Qarabağ Mərkəzinin məlumatına görə, nəticədə qalayçı dükanı, mebel və məişət avadanlıqları satılan 12 mağaza yanıb.
Sahibkarlar hadisədən səhər saatlarında xəbər tutublar. Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.
Dəymiş ziyanın hələ dəqiq məlum olmadığını deyən sahibkarlar, 400 min manata yaxın məhsulun yandığını bildiriblər.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Bərdə rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Onların müdaxiləsindən sonra alov ram edilib. Yanğının digər obyektlərə və yaxınlıqda yerləşən məktəb binasına keçməsinin qarşısı alınıb. Hadisə zamanı FHN-in bir əməkdaşını cərəyan vurub. Vəziyyəti ağır olan həmin şəxsin nitqi tutulub. Hazırda şəxsiyyəti məlum olmayan FHN əməkdaşı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

шаблоны для dle 11.2