Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Sabiq MTN generalı kassasiya şikayətini geri götürüb

Baxılıb: 544     Tarix: 25-07-2019 12:47   

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri – Füzuli Əliyev, Natiq Alıyev və iş üzrə zərərçəkmiş Əliyev İlqar Nəriman oğlunun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
“Report”un xəbərinə görə, hakim Fərhad Əliyevin sədrliyi ilə keçirilən prosesdə adıçəkilən şəxslərin kassasiya şikayətini geri götürdükləri elan edilib.
İş üzrə zərərçəkmiş şəxs İ.Əliyevin nümayəndəsi şikayətini geri götürmədiyi üçün proses avqustun 1-də davam edəcək.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il,il, Füzuli Əliyev 14 il, Natiq Alıyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Bakı Apellyasiya Məhkəməsi isə onların şikayətlərini təmin etməyib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar