Qadın müəllim stress keçirən şagirdini sakitləşdirmək üçün onunla yatdı - Əri məhkəmədə dəstək oldu - FOTO
Baxılıb: 506 Tarix: 26-07-2019 11:23
Şagirdinə qarşı əxlaqsızlıq edən qadın müəllimin məhkəməsi keçirilib.
Qanunvehedef.az milli.az-a istinadla xəbər verir ki, Britaniyanın Mersisayd qraflığında, Lydiate-də məktəbdə müəllim işləyən Lydia Beattie-Milligan şagirdi ilə cinsi əlaqədə olduğuna görə bir müddət əvvəl saxlanılıb.
Ailəli, iki övladı olan qadın müəllimin məhkəməsində əri də iştirak edib. Kişi məhkəmədə ona azyaşlı ilə xəyanət edən arvadına dəstək olub.
Lydia Beattie şagirdi ilə intim münasibətdə olduğunu dansa da məhkəməyə təqdim olunan dəlillər onun yalanını ifşa edib. Belə ki, qadının şagirdi ilə otelə getməzdən əvvəl özünə bahalı alt paltarı aldığı aşkarlanıb.
Liverpool Echo yazır ki, qadın şagirdinin psixoloji problemlərinin olduğunu, stress keçirdiyini söyləyib və ona yardım etmək məqsədi ilə görüşüb.
43 yaşlı qadın şagirdini stresdən çıxarmaq üçün otel otağı tutduğunu etiraf edib.
Onun məhkəməsi sentyabr ayına ertələnib.
Qeyd edək ki, cinsindən, könüllü və ya məcburi olmasından asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq təcavüz sayılır və cinayətdir.
Ən çox oxunanlar
Son xəbərlər