Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bir salama dəymədi — 17 il cəza aldı

Baxılıb: 562     Tarix: 29-07-2019 11:54   

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Babək Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Qanunvehedef.az "Ölkə.Az"a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Babək Həsənov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin fevral ayında Sumqayıt şəhərində baş verib. B.Həsənov münaqişə zəminində tanışı, 1990-cı il təvəllüdlü Aydın Seyidovu qətlə yetirib. 
Məlumata görə, tərəflər arasında yaranan mübahisəyə Tibb kollecinin arxasında olan çayxanada A.Seyidovun B.Həsənova salam verməməsi səbəb olub. Onlar mübahisələrini çayxananın arxasında davam etdiriblər və B.Həsənov kəsici-deşici alətlə onu vuraraq öldürüb.
Şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilən B.Həsənov törətdiyi əməli etiraf edib. O, dəmirçi işlədiyi üçün həmin alətdən peşəsi ilə əlaqədar istifadə etdiyini bildirib.
B.Həsənova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.шаблоны для dle 11.2