Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Həbsdə olan keçmiş polisin cəzası dəyişdirilmədi

Baxılıb: 732     Tarix: 30-07-2019 09:50   

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən keçmiş polis əməkdaşı Şaban Məmmədovun birinci instansiya məhkəməsinin hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.
APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Ş.Məmmədovun apellyasiya şikayəti təmin edilməyib və birinci instaniya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, paytaxt sakini Ülvi Abdullazadə Xətai Rayon Polis İdarəsinə müraciət edərək “Ukrayna” dairəsində yerləşən parkda özünü polis əməkdaşı kimi təqdim edən bir nəfərin ona yaxınlaşdığını və quldurluq yolu ilə 100 manat pulunu əlindən aldığını bildirib. Daha sonra cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, Ş.Məmmədov daxili işlər orqanlarının əməkdaşı olmadığı halda, özünü zərərçəkənə polis kimi təqdim edərək qeyd edilən cinayəti törədib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Ş.Məmmədov daha əvvəl polis əməkdaşı olub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar