Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Birgə yaşadığı kişidən şikayət etdi: pedofiliyada şübhəli bilinir

Baxılıb: 625     Tarix: 30-07-2019 10:25   

Paytaxtın Suraxanı rayonu ərazisində azyaşlıya qarşı seksual xarakterli hərəkətlər olunması ilə bağlı həyəcan siqnalı daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 14 yaşlı Rusiya vətəndaşı atalığının onu müntəzəm şəkildə zorlamasından şikayət edib.
Qaraçuxur sakini 46 yaşlı N.D. iyulun 27-də Suraxanı rayonu 32-ci polis bölməsinə müraciət edib. O bildirib ki, Quba rayon sakini, vətəndaş nikahında yaşadığı 36 yaşlı S.Məmmədov həmin gün təxminən günorta saat 16.00 radələrində onun 14 və 8 yaşlı qızlarını döyüb. "Ər"in bədnam əməlləri də həmin vaxt ortaya çıxıb. Ana böyük qızının daim atalığı tərəfindən cinsi zorakılığa məruz qaldığını öyrənib.
Hazırda hüquq-mühafizə orqanları kişinin zorlama hadisəsində günahkar olub-olmaması faktını araşdırır. Məsələ ilə bağlı müvafiq məhkəmə-tibbi ekspertizaları təyin edilib.шаблоны для dle 11.2