Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arvadını öldürənlə bağlı YENİ QƏRAR

Baxılıb: 893     Tarix: 30-07-2019 10:34   

Bakı Apelyasiya Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən İlkin Abdullayevin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
APA -nın məlumatına görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, İ. Abdullayevin apelyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Bakının Xətai rayonunda 24 yaşlı Səriyyə Abdullayevanı yaşadığı evdə keçmiş həyat yoldaşı, 27 yaşlı İ. Abdullayev bıçaqlayaraq qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Abdullayev 18 il azadlıqdan məhrum edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar