Müğənninin deputat əri beynəlxalq axtarışa verildi - FOTO
Baxılıb: 668 Tarix: 30-07-2019 13:24
Moldovalı millət vəkili və biznesmen İlan Şor milli və beynəlxalq axtarışa verilib.
Qanunvehedef.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bəyanat yayıb.
Məşhur rusiyalı müğənni Jasminlə ailəli olan deputat bank maxinasiyalarında iştirakına görə 2017-ci ilin iyununda Kişinyev məhkəməsi tərəfindən barəsində 7, 5 il müddətinə azadlıqdan məhrum edilmə hökmü çıxarılıb, eləcə də ölkəni tərk etməsi qadağan edilib. Hökmdən apelyasiya məhkəməsinə müraciət edilib, təqsirləndirilən şəxs ev dustaqlığından azad edilib və son hökmə qədər məhkəmə nəzarətinə verilib. 2018-ci ilin fevral ayında iş Kaqul Apelyasiya Məhkəməsinə verilib, lakin qərar hələ oxunmayıb.
İyulun əvvəlində hüquq-mühafizə orqanları məhkəmənin qadağan etməsinə baxmayaraq Moldova Respublikası ərazisini tərk etdiyi üçün Şora qarşı yeni cinayət işi açıb.
Qeyd edək ki, İlon Şor Jasminin ikinci həyat yoldaşıdır. 2011-ci ildə ailə quran cütlüyün Marqarita adlı qızı və Miron adlı oğlu var.
Bundan əlavə, müğənninin ilk evliliyindən Mixail adlı oğlu var.
Ən çox oxunanlar
Son xəbərlər