Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Taxta parçasıyla qətlə yetirdi — 16 il cəza

Baxılıb: 714     Tarix: 30-07-2019 15:40   

Bakı Apellyasiya Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirli bilinən Bahadur Cəfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Qanunvehedef.az "Ölkə.Az"a istinadən xəbər verir ki, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası avqustun 19-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən il sentyabrın 11-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində qeydə alınıb. Həmin rayonda yaşayan, əvvəllər məhkum olunmuş B.Cəfərov evində münaqişə zəminində paytaxt sakini olan tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyərək qətlə yetirib. 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.шаблоны для dle 11.2