Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı Rumıniyaya ekstradisiya edildi

Baxılıb: 520     Tarix: 02-08-2019 11:50   

Türkiyə vətəndaşı Aktaş Hüseyin İsmayıl oğlunun Rumıniyaya ekstradisiya edilməsi ilə bağlı Azərbaycan Ədliyyə Nazirliyinin verdiyi təqdimat üzrə məhkəmə iclası yekunlaşıb.
Qanunvehedef.az unikal.org-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqdimat təmin edilib. Məhkəmə H.Aktaşın Rumıniyaya ekstradisiya olunması barədə qərar çıxarıb.
Qeyd edək ki, Türkiyə vətəndaşı H.Aktaş bir neçə il bundan əvvəl Rumıniyada olan zaman miqrantları ölkə sərhəddindən qanunsuz keçirməyə cəhd edib. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan H.Aktaş barəsində məhkəmə 3 il 3 ay müddətinə hökm çıxarıb. Lakin sonradan onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
H.Aktaş barəsində məhkəmə hökmü olan zaman yenidən Rumıniya sərhəddini qanunsuz olaraq pozub və Türkiyəyə qaçıb. Daha sonra Rumıniya onu beynəlxalq axtarışa verib. 
Bir neçə ölkəyə gedən H.Aktaş Azərbaycana gələn zaman saxlanıb. Rumıniya tərəfi isə Azərbaycandan H.Aktaşın ekstradisiya edilməsini istəyib.шаблоны для dle 11.2