Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Pivəxanada 4 uşaq atası cinayət törətdi – Təfərrüat

Baxılıb: 575     Tarix: 02-08-2019 11:54   

Abşeron rayonunda cinayət hadisəsi törətməkdə təqsirli bilinən Ağdam rayon sakini, 1982-ci il təvəllüdlü Niyaməddin Hadıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Niyaməddin Hadıyev 16 aprel 2018-ci il tarixdə, gecə saat 00.15-də dostları ilə birlikdə pivə içmək üçün Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində "24 saat" marketin yaxınlığında yerləşən kafeyə gəlib.
Kafenin zalında əyləşən Niyaməddin Hadıyev kafenin işçisi Qorxmaz Quliyevin tualetdən istifadə etmək məqsədi ilə kafenin zalından keçdiyini görüb.
Bu zaman Niyaməddin Hadıyev ondan pivə gətirməsini bildirib. Qorxmaz Quliyev ofisiant olmadığını deyib.
Bunu bəhanə edən Niyaməddin Hadıyev onun arxası ilə çıxıb. Kafenin qarşısında heç bir əsaslı səbəb olmadan Qorxmaz Quliyevi döyərək, ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib.
İstintaq orqanı tərəfindən Niyaməddin Hadıyevin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.
Abşeron rayon Məhkəməsinin hökmü ilə Niyaməddin Hadıyev 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Niyaməddin Hadıyev apelyasiya şikayəti verib.
O, şikayətində göstərib ki, himayəsində 4 azyaşlı övladı var, onlardan biri xəstədir. Ağdam rayonundan məcburi köçkün olduğunu qeyd edən Niyaməddin Hadıyev deyib ki, həbsdə olması ilə əlaqədar ailəsi maddi cəhətdən çətinlik çəkir.
Niyaməddin Hadıyevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fərmayıl Zeynallının sədrliyi ilə baş tutan iclasda Niyaməddin Hadıyevin şikayətinin dəlilləri araşdırılıb, sonda qərar qəbul edilib.
Qərara görə, Niyaməddin Hadıyevin şikayəti 3 il 3 aya endirilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar