Azərbaycanda QANLI OLAY: 22 yaşlı gənc qız üstündə bıçağa əl atdı - TƏFƏRRÜAT
Baxılıb: 559 Tarix: 07-08-2019 11:15
Şabran rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Fərid Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Qanunvehedef.az ölkə.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi avqust ayının 30-na təyin olunub.
Qeyd edək ki, bu ilin yanvarın 30-da rayon ərazisindəki Ticarət Mərkəzinin qarşısında 32 yaşlı Elçin Şükürov sol bazu sümüyü və qarın boşluğuna keçən, sol böyrəyin zədələnməsi, kəsilmiş-deşilmiş yarası ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Daxil olan məlumat əsasında aparılan araşdırma zamanı müəyyən edilib ki, yanvarın 30-da axşam saat 17 radələrində rayon sakini, 22 yaşlı Fərid Musayev ticarət mərkəzinin qarşısında qısqanclıq zəminində aralarında yaranan mübahisə nəticəsində Elçin Şükürovu öldürmək məqsədilə bıçaqlayaraq xəsarətlər yetirib. Məlum olub ki, gənc oğlan 33 yaşlı kişini qız üstündə bıçaqlayıb.
Qeyd edək ki, 22 yaşlı Fərid Musayevə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham elan edilib.
Ən çox oxunanlar
Son xəbərlər