Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Prezidentin bu qərarları Çində maraq doğurub - Foto

Baxılıb: 550     Tarix: 08-08-2019 12:00   
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Beynəlxalq Hüquq Təlimi və Əməkdaşlıq Mərkəzinin direktor müavini, professor Çen Xiaonun başçılıq etdiyi Şanxay Siyasi və Hüquq Universitetinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda olublar.
Qanunvehedef.az xəbər verir ki, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin “İpək Yolunun iqtisadi qurşağı” və “XXI əsrin dəniz İpək Yolu” layihələrini birləşdirən “Bir kəmər - bir yol” konsepsiyasının ölkəmiz tərəfindən dəstəkləndiyini qeyd edib.
R.Abbasov Çin və Azərbaycanın hüquq-mühafizə orqanları arasında əməkdaşlığın uğurlu inkişafından söz açıb. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızda ədliyyə və məhkəmə sisteminin inkişafı sahəsində aparılan genişmiqyaslı islahatlar, o cümlədən yeni innovativ xidmətlər və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi Çinin böyük marağına səbəb olur.
Görüşdən məmnunluğunu ifadə edən professor Çen Xiao Konfutsi İnstitutunun fəaliyyətini yüksək qiymətləndirib. Çen Xiao Çin dilinin tədrisi və Azərbaycan ictimaiyyətini Çinin inkişafının siyasi və hüquqi aspektləri ilə yaxından tanıması sahəsində ADU-nun iki xalq arasında ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığının möhkəmlənməsinə böyük töhfə verdiyini vurğulayıb.
Daha sonra siyasi elmlər sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Sonda Çindən gələn qonaqlara ADU Konfutsi İnstitutunun Çin dilində çap etdiyi Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində fəaliyyətinə həsr olunmuş “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı, habelə Çin Prezidenti Si Szinpinin müasir dövlət idarəçiliyi konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına dair ictimai çıxışlarının əsas tezislərindən ibarət Azərbaycan dilində materiallar toplusu hədiyyə edilib.шаблоны для dle 11.2